Parabank nizamnamə fondunu artırıb
09 Yanvar 2010 Şənbə 12:35
Parabank nizamnamə fondunu artırıb. Bankın ödənilmiş nizamnamə fondu 11,57 milyon manata çatıb.
"Parabank" ASC 1,5 milyon manatlıq imtiyazlı sənədsiz adlı səhmlərinin emissiyasını yerləşdirməklə nizamnamə fondunu 14 faiz artırıb. Bakı Fond Birjasının məlumatına görə, bütün buraxılış iki əqdlə satılıb.
“Parabank”ın imtiyazlı səhmlərinə sahiblik illik 12 faiz dividend təmin edir.
Bankın ödənilmiş nizamnamə fondu 11,57 milyon manata çatıb. Bundan 2,3 milyon manat və ya 20 faiz imtiyazlı səhmlərin qiymətidir. Bir səhmin nominal qiyməti 200 manatdır.
Qeyd edək ki, “Parabank” səhmdarları 2 hüquqi və 18 fiziki şəxsdir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: