“Parabank”ın kredit portfeli 15.6 faiz artıb
02 İyul 2010 Cümə 16:15
Yüksək artım tempi həmçinin bankın digər maliyyə göstəricilərində də öz əksini tapıb.
“Parabank” ASC-nin kredit portfeli iyunun 1-nə olan tarixə 68 456 507,43 manat təşkil edib ki, bu da bu ilin əvvəlinə olan göstəricidən 15.6 faiz çoxdur. Bankın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, yalnız bu ilin may ayı ərzində bankın kredit portfeli 2.27 faiz. artıb. Hesabat dövrünün sonuna bank tərəfindən verilmiş istehlak kreditlərinin həcmi 36 875 930 manat olub.

Yüksək artım tempi həmçinin bankın digər maliyyə göstəricilərində də öz əksini tapıb. Belə ki, bankın depozit portfeli 2010-cu ilin əvvəlinə nisbətən 5.96 faiz artaraq, 1 iyun tarixinə 59 795 240 manat səviyyəsinə çatıb. Bankın qəbul etdiyi müddətli depozitlərin həcmi bu ilin 5 ayı ərzində 9.71 faiz, artıb, ötən ilin eyni dövrü ilə müqayisədə isə 41 faiz çox olub. Depozit portfelinin 91.5 faizini fiziki şəxslərin əmanətləri təşkil edir. Bu göstərici 2010-cu ilin əvvəlinə nisbətən 6.85 faiz ötən ilin müvafiq dövrünün göstəricisinə nisbətən isə 32.73 faiz artıb, 1 iyun 2010-cu il tarixə 53 729 990 manat təşkil edib. Əmanətlərin artımı, əsasən, müştərilərə təklif olunan depozit məhsullarının cəlbedici şərtləri hesabına təmin olunub.

2009-cu ilin ilk 5 ayının yekunları ilə müqayisədə bankın aktivləri 39.5 faiz artaraq, 01 iyun 2010-cu il tarixə 100 572 120. manat təşkil edib. Aktivlərin artımı 2010-cu ilin əvvəli ilə müqayisədə 13.55 faiz. olub. Yalnız may ayı ərzində bankın aktivləri 0.85 faiz. artım nümayiş etdirib.

Son bir ildə bankın məcmu kapitalı 16.3 faiz artaraq, 1 iyun 2009 -cui il tarixə 13 288 160 manata çatıb. Hesabat dövrünün sonuna bankın ümumi gəlirləri 7 403 970 manat təşkil edib ki, bu da 2009-ci ilin eyni dövrünün nəticələri ilə müqayisədə 45.80 faiz çoxdur. Bankın əldə etdiyi gəlirlərin 85.71 faizi müştərilərə verilmiş kreditlər üzrə faiz gəlirləri təşkil edib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 41.76 faiz artmış və hesabat dövrünün sonuna 6 346 630 manat olub.

2010-cu ilin iyun ayının əvvəlinə bank tərəfindən dövriyyəyə buraxılmış plastik kartların sayı 3697 ədədi keçmişdir. 2009-cu ilin əvvəli ilə müqayisədə bu göstərici üzrə artım 26.09 faiz olub. Hesabat dövrünün sonuna banka məxsus bankomatların sayı 13, bank tərəfindən ticarət və iaşə obyektlərində quraşdırılmış POS-terminalların sayı 125 ədədə çatdırılıb. “Parabank” ASC plastik kart xidmətləri bazarında fəaliyyətini daha da genişləndirməyi planlaşdırır.

Qeyd edək ki, Azərbaycanın ilk kommersiya banklarından olan “Parabank” ASC 1991-ci ildən etibarən müştərilərinə geniş çeşiddə universal maliyyə xidmətləri təklif edir. 2007-ci ilin iyul ayından “Parabank” ASC Əmanətlərin Sığortalanması Fondunun üzvüdür. Hazırda bankın 17 filialı var.

Bank respublikanın regionlarında fəaliyyətin genişləndirilməsinə xüsusi diqqət yetirir. “Parabank” ASC regionlarda özəl biznesə girovsuz kredit təqdim edən azsaylı banklardandır. Respublikanın aqrar sektorunun maliyyə ehtiyaclarının ödənilməsində fəal iştirak bankın strateji inkişaf planında mühüm yer tutur. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar