"Parabank" İmişli və Şəkidə ofis axtarır
17 Avqust 2010 Çərşənbə Axşamı 18:25
"Parabank" filial və şöbələrdən ibarət xidmət şəbəkəsini genişləndirir
“Parabank”ın ölkənin bütün regionlarında və paytaxtda filial və şöbələrdən ibarət xidmət şəbəkəsini artırır. Bankın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, bu gün bank respublikanın regionlarında 8, Bakı şəhərində isə 9 filialı vasitəsilə göstərdiyi xidmətlərin həcmini və coğrafiyasını müvəffəqiyyətlə genişləndirməkdə davam edir.

“Parabank” filial şəbəkəsinin genişlədirilməsi planının uzunmüddətli strategiyasına uyğun olaraq bir neçə filiallın açılışını planlaşdırır. Yuxarıda qeyd olanları nəzərə alaraq, bank Lənkəran şəhərində, İmişli və Şəki rayonlarının mərkəzilərində bank filialına uyğun olan ofis axtarır. Bu filiallarda fiziki və hüquqi şəxslərə geniş çeşiddə bank xidmətləri - hesablaşma-kassa xidmətləri, sərfəli şərtlərlə depozitlərin cəlb edilməsi, istehlak, o cümlədən biznes kreditlərinin verilməsi, bank kartları, mobil rabitə operatorlarının və kommunal xidmətlərinin ödənilməsi, bankdaxili köçürmələr, “Western Union”, “Privat Money”, “Bıstraya poçta”, “Caspian Money Transfer”, “Aziya Ekspress”, “Zolotaya Korona” kimi beynəlxalq sistemlər vasitəsilə sürətli pulköçürmələri və s. xidmətlər təqdim ediləcək. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar