ParaBank ili ziyanla başa vurub
19 Yanvar 2010 Çərşənbə Axşamı 17:15
“ParaBank”ın gəlirləri 60,3 faiz azalıb?
"ParaBank" Açıq Səhmdar Cəmiyyətinin aktivləri ötən il 35 faiz artaraq 88,57 milyon manat olub. Fiziki və hüquqi şəxslərə verilən kredit həcmi 39,9 faiz artaraq 59,22 milyon manat təşkil edib.

Bankın ümumi öhdəlikləri 77,27 milyon manata çatıb. Depozit portfeli 57,1 faiz genişlənərək 56,43 milyon manat təşkil edib. Müddətli müştəri əmanətləri 54,7 faiz artaraq 52,97 milyon manata çatıb.

Balans kapitalı 5,6 faiz artaraq 11,29 milyon manatı keçib, amma məcmu kapital 6,5 faiz azalaraq 11,53 milyon manat təşkil edib. Ödənilmiş nizamnamə fondu 10,07 milyon manat olub.

Bankın gəlirləri ötən illə müqayisədə 60,3 faiz azalaraq 4,02 milyon manat olub. Xərcləri isə 62,9 faiz azalaraq 4,04 milyon manat təşkil edib. Bank ili 19,4 min manat ziyanla başa vurub. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar