“Parabank” Gəncə sahibkarları ilə görüş keçirib
24 Noyabr 2010 Çərşənbə 10:40
Tədbirin əsas məqsədi müştəriləri və əhalini bankın yeni məhsulları ilə tanış etmək olub
“Parabank” ASC Gəncə şəhərində sahibkarlarla görüş keçirib. Bankın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, görüşdə “Parabank”ın rəhbərliyi, Gəncə və Kəpəz filiallarının əməkdaşları və Gəncə şəhərində fəaliyyət göstərən sahibkarlar iştirak edib.

Tədbirin əsas məqsədi müştəriləri və əhalini “Parabank”ın yeni məhsulları ilə tanış etmək, xidmətləri haqqında məlumatlandırmaq və sahibkarların maraq və təkliflərini dinləmək olub.

Bu görüşün nəticəsində “Parabank”ın əməkdaşları müştəriləri maraqlandıran qiymətli məlumat və təkliflər əldə ediblər ki, bununla da müştərilərə göstərilən xidmətlərin keyfiyyətini artırmaq mümkün olacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar