Parabank-dan Qış Kampaniyası
01 Dekabr 2010 Çərşənbə 17:50
Bank öz müştərilərinə plastik kartlarla bağlı yeni kampaniya təqdim edir
“Parabank” öz müştəriləri üçün plastik kartlarla bağlı 2010-cu il dekabrın 1-dən 2011-ci il yanvarın 31-dək “Qış Kampaniyası”nı təqdim edir. Bankın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, “Qış Kampaniyası” çərçivəsində “Gold”, “Platinum” və “İnfinite” kartları 20 faiz endirimlə təqdim ediləcək. Endirimdən əlavə müştərilər bu plastik kartların üstünlüklərindən də istifadə edə biləcək.

“Parabank”ın plastik kartlarına sahib olan şəxslər aşağıdakı üstünlüklərdən yararlana biləcək:

Faizsiz nağdlaşdırma - 27-dən artıq bankın 1200-dən artıq ATM-lərində və Pos-terminallarında heç bir komissiya ödəmədən nağd pul əldə edə bilər. Bonus “cash back” xidməti - kart sahiblərinə apardıqları əməliyyatların müqabilində xərclənən məbləğin müəyyən hissəsinin geri qaytarılmasıdır.

“Mobil Bank” xidmətinin köməyi ilə dünyanın istənilən yerində real vaxt rejimində öz hesablarınıı idarə edə bilərlər. Kredit xətti üçün faizlərin hesablanması müddəti - 37 təqvim günü ərzində xərclədiyiniz məbləği ödəyərkən heç bir faiz tutulmayacaq.

“Priority Pass” - müştərilərə dünyanın 600-dən çox hava limanlarının VİP zallarından istifadə etmək imkanı yaradır.

“Səfər Sığortası” - xaricdə olduğunuz zamanı bədbəxt hadisə baş verdikdə, əlavə xərcə ehtiyac olmur.

“Konsierj” xidməti (“Visa İnfinite”) - bütün səyahətinizi maksimum planlayır, eyni zamanda Sizin zövq və seçiminizə uyğun təqdim olunan bütün xidmətlərdən istifadə etmək imkanı yaradır.

“Hotel Club” - dünyanın 130 ölkəsində yerləşən kiçik butik tipli mehmanxanalardan tutmuş 5 ulduzlu otel şəbəkəsinədək 50 000-dən artıq oteldə 75 faizədək endirim.

“Pin Change” - ödəmə kartının mövcud şəxsi eyniləşmə Pin nömrəsinin müştəri üçün daha yadda qalan kod ilə əvəz edilməsinə imkan yaradır.

“Card to Card” xidməti - bankomatlardan istifadə edərək pul vəsaitlərini bir kartdan digər karta tez və rahat köçürmək imkanı verir.

Qeyd edək ki, bu plastik kartları əldə etmək üçün heç bir sığorta depoziti və ya əlavə vəsaitə ehtiyac duyulmur. Müştərilər yalnız kartın illik xidmət haqqını ödəyərək bu kartlara sahib ola bilərlər. Müştərilər “Parabank”ın “Qış Kampaniyası”dan yararlanmaq üçün bankın bütün filiallarına müraciət edə bilərlər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar