Parabank plastik kart sahibləri artıq məsafədən asılı olmayaraq Cash by Code xidməti vasitəsilə nağd vəsait əldə edə bilərlər.
Bu xidmət vasitəsilə kart sahibləri hesablarından istənilən məbləğdə və valyutada, plastik kartı olmayan şəxslərə nəğd pul göndərə bilərlər. “Cash by Code” xidməti əsasında plastik kartı olmayan şəxslərə bankomat vasitəsilə nəğd pulun dərhal çatdırılması, banka müraciət etmədən, plastik kart olmadan nəğd pulun xüsusi kodla bankomat vasitəsilə alınması və günün istənilən saatlarında nəğd vəsaitin əldə olunması imkanını yaradır.
Xidmətdən istifadə etmək üçün, kart sahibi bankomata öz kartını daxil edərək, əsas menyuda “Cash by Code” seçir, məbləği və valyutanı daxil edib, nəğd pulu göndərmək istədiyi şəxsin mobil telefon nömrəsini daxil edir. Sistem iki hissədən ibarət kod yaradaraq, birini SMS vasitəsilə pulu alan şəxsin mobil nömrəsinə göndərir, digərini isə ATM vasitəsilə çek şəklində çap edir. Kodun birinci hissəsini müştəri istədiyi şəkildə pulu alan şəxsə çatdıra bilər. Bu kod yalnız 24 saat aktiv olur.
Qeyd etmək istərdik ki, “Cash by Code” xidməti Azericard prosessinq sisteminə daxil olan bankların bankomatlarında istifadəsi mümkündür.