Parabank Bakı Dövlət Universitetində məzun gününə həsr olunmuş tədbirin sponsoru oldu
01 İyul 2011 Cümə 21:31
Parabank təhsilin inkişafı və cəmiyyətin maarifləndirilməsinə xüsusi diqqət yetirir. Bankımız gənc nəslin uğurlu gələcəyimizin təməli olduğunu anlayaraq onların püxtələşməsinə daim dəstək verməkdədir.
Bu prinsipinə sadiq qalan Parabank 29 iyun 2011-ci il tarixində Azərbaycanın ən böyük təhsil ocağı olan Bakı Dövlət Universitetində məzun gününə həsr olunmuş möhtəşəm tədbirin sponsoru qismində iştirak etmişdir. Konsertdə BDU-nin 4500 məzunu da daxil olmaqla ümumiyyətlə 5000-dən artıq tələbə iştirak etmişdir. Məzunlar və tələbələr üçün parlaq ulduzları Röya, Briliant Dadaşova, Xəyyam, Aysel  və Avrovision 2011 müsabiqəsinin qalibləri Eldar və Nigar çıxış etdilər. Məzun günü  ATV kanalı tərəfindən canlı olaraq yayımlanmışdır. Parabank məzunlarla bu önəmli günün sevincini bölüşüb, başda universitetin rektoru cənab Abel Məhərrəmovu və prorektorları, müəllim heyətini və təbii ki məzunları təbrik etdi. Bankın nümayəndələri təbrik çıxışından sonra rektor və prorektorlara Parabankın Premium səviyyəli VİSA İnfinite kartlarını, təhsili fərqlənmə ilə bitirən 34 məzuna isə Parabankın VİSA Gold kartlarını hədiyyə olaraq təqdim etdi. Tədbir zamanı 34 fərqlənmiş məzun arasında püşkatma yolu ilə 1 ədəd BlackBerry mobil telefonu oynanılmışdır, telefonun sahibi isə  – Bakı Dövlət Universitetinin  məzunu Şəhla Baloğlanova olmuşdur.


DOSTLARINLA PAYLAŞ:

oyunlar