Parabank artıq şənbə günləri də işləyəcək
04 Oktyabr 2010 Bazar Ertəsi 10:35
Parabank həftənin altıncı günü də müştərilərə xidmət göstərəcək.
“Parabank” müştərilərə xidmətin göstərilməsi məqsədilə oktyabrın 2-dən etibarən hər şənbə günləri saat 10:00-dan-16:00-dək bankın Mərkəzi Aparat və müvafiq filialları (“Azadlıq”, “Mərkəz”, “Çəmbərəkənd”, “Nəsimi”, “Quba”, “Beyləqan”, “Ağcabədi”, “Şəmkir”, “Kəpəz”, “Gəncə”, “Şirvan”) müştərilərə xidmət göstərəcək.
Göstərilən xidmətlər əmanətlərin qəbulu, kredit borcları üzrə ödənişlərin qəbulu, təcili pul köçürmələri, mübadilə əməliyyatları üzrə aparılacaq.
Qeyd edək ki, “Parabank” 1991-ci ildə kommersiya bankı kimi yaradılıb və Azərbaycanın stabil və etibarlı banklarından biri hesab olunur. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: