Panasonic korporasiyası zərər edib
18 May 2009 Bazar Ertəsi 09:40
Satış həcminin azalması, eləcə də milli valyutanın - yeni məzənnəsinin güclənməsi şirkətə təxminən 4 milyard dollar itkiyə başa gəlib

 

Yaponiyanın "Panasonic" korporasiyasının dərc olunmuş maliyyə hesabatına görə, 2009-cu ilin 1-ci rübündə şirkətə 3.95 milyard dollarlıq ziyan dəyib. Bu göstərici analitiklər üçün gözlənilməz olub. Bununla da şirkətin yanvar- mart ayları arasında olan zərəri ötən ilin maliyyə göstəricilərini kölgədə qoyub.

Xatırladaq ki, "Panasonic" ötən ili 2,95 milyard dollarlıq  gəlirlə başa vurub. Şirkətdə yaranan mövcud vəziyyətə səbəb kimi tələbatın aşağı düşməsi və maliyyə böhranı ilə əlaqələndirilən məcburi qiymət azaldılmasından əlavə, Yaponiya valyutasının yüksək olması və şirkətdə struktur dəyişikliyi ilə əlaqədar xərclərin azaldılması da göstərilir. Ekspertlər birinci rübdə "Panasonic"in zərərini ikiqat az proqnozlaşdırmışdı.

Qeyd edək ki, ötən rübün göstəricisi ilə müqayisədə şirkətin satışı 14,4 faiz aşağı düşüb, gəliri isə 86 faiz azalıb. "Panasonic" rəhbərliyi hesab edir ki, 2010-cı maliyyə ilində iqtisadi vəziyyət daha da sərtləşəcək. Belə ki, qlobal böhran və tələbatın azalması bazarda vəziyyəti gərginləşdirməklə ucuz mallar istehsal edən yeni rəqib sahələrin yaranması ilə nəticələnəcək. /ANS TV/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar