“Palmali”nin əsas "Armada" tankerinin təməli qoyuldu
18 İyun 2010 Cümə 12:35
Volqoqrad gəmiqayırma zavodu "Palmali” üçün 10 gəmi inşa edir.
Rusiyanın Volqoqrad şəhərində “Palmali” şirkəti və “Volqoqrad gəmiqayırma zavodu” ASC arasında mövcud olan müqavilə üzrə RST22M layihəsi çərçivəsində 7 000 dedveytlik 10 gəmi seriyasından olan əsas tankerin tirinin təntənəli təməlqoyma mərasimi baş tutub.

"Palmali" Şirkətlər Qrupunun mətbuat xidmətindən verilən məlumata görə, "Volqoqrad gəmiqayırma zavodu" 2010-cu il 17 iyun tarixində RST22M layihəli təqribən 7 min ton dedveytlik dördüncü seriyalı “Armada” tankerinin təməlini qoyub. Tankerlər Dəniz mühəndis bürosu layihəsi üzrə “Palmali” Şirkətlər Qrupu üçün inşa olunur.

Qeyd edək ki, “Palmali” şirkəti və "Volqoqrad Gəmiqaygrma Zavodu" ASC arasında aprelin 7-də ümumlikdə 10 gəmi olmaqla 5 RST22M tipli “Armada” tankerinin alınması barədə müqavilə imzalanıb.

Yeni seriyalı gəmilər birinci seriyadan olan "Armada" layihəli 005RST01 tipli tankerlərin məntiqi davamı sayılır. Birinci sinif "Armada" layihəli 005RST01 tankerləri Dəniz Mühəndis Bürosu tərəfindən Türkiyənin Tuzla şəhərində “SELAH” ve “ADA” tərsanələrində 2002-2006 illərdə inşa edilib.

Bundan əlavə, yeni seriyalı qəmilər Rusiyanın Nijni Novqorod şəhərinin "Krasnoye Sormovo" qəmiqaygrma zavodunun 2008-2009-cu illərdə inşa edilmiş RST22M tipli tankerlərin modifikasiyasıdır. Yeni seriyalı qəmilər (üçüncü seriya) artıq Tırkiyənin Yalova tərsanəsində inşa edilir, birinci qəminin suya buraxılma merasimi bu ilin avqust ayına planlaşdırılıb.

Birinci sinifli “Armada” tipli 10 tanker və ikinci sinifli “Yeni Armada” tipli 5 tanker qarışıq “çay-dəniz” daşımalarında, yəni xam neft, mazut, dizel yanacağı, digər neft məhsulları və bitki yağları daşınmalarında, həmçinin qışda İrland dənizində və Avropa ətrafı reyslər daxil olmaqla Xəzər, Qara, Aralıq, Baltik və Şimal dənizləri üzrə daşınmalarda uğurla istismar olunur.

Birinci sinifli “Armada” ilə müqayisədə yeni layihənin tankerləri dəniz şəraitində 650 ton dedveytə qədər artırılmış gücləndirilmiş dəniz funksiyaları və çayda üzmə imkanlarının saxlanılması ilə yanaşı gücləndirilmiş dəniz funksiyasına qaldırılmış yük tankları tutumuna malikdir.

"Volqoqrad Gəmiqaygrma Zavodu" ASC 1931-ci ildə yaradılıb və hazırda kommersiya donanması gəmilərinin tikilməsi ilə ixtisaslaşdırılıb. Bunlara qarışıq “çay-dəniz” və dəniz şəraitində üzmək üçün nəzərdə tutulan tanker və yük daşıma gəmiləri aiddir.

2009-cu ildə “Dəniz Neft-qaz layihələri” Qrupu və “Volqoqrad Gəmiqayırma Zavodu” ASC-nin sövdələşməsini başa çatdırılıb. Müəssisənin investorlar qrupunun yeni sahibi Andrey Kiselyovun rəhbərlik etdiyi “Rusiya Maliyyə Korporasiyası” olub.

“Palmali” Şirkətlər Qrupu Aralıq, Xəzər və Qara dənizlərin hövzələrində yük daşımalar üzrə ixtisaslaşıb. Şirkət Rusiyanın cənubundakı çaylarda neft və neft məhsullarının daşımalarını həyata keçirən iri şirkətlərdən biridir. Bu ilin sonuna qədər “Palmali” dedveyti 300 min ton olan “VLCC” gəmisi və dedveyti 165 min ton olan “Suetsmaks” tipli gəmini almaq niyyətindədir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar