Ötən il Ceyhandan 37,3 milyon ton neft dünya bazarlarına çıxarılıb
10 Yanvar 2011 Bazar Ertəsi 11:50
BTC istismara verilən gündən Ceyhan limanından 141,9 mln t Azərbaycan nefti dünya bazarlarına yola salınıb.
Ötən ilin dekabr ayı ərzində 3,23 milyon ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb. ANS PRESS-in Dövlət Neft Şirkətinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, 2010-cu ilin yanvar-dekabr aylarında isə bu göstərici 37,3 milyon ton təşkil edib.
Ümumiyyətlə, BTC istismara verilən gündən 2011-ci ilin yanvar ayının 1-ə qədər Ceyhan limanından 141,9 milyon ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: