Ötən ay süd, ət və yumurta bahalaşıb
20 Yanvar 2011 Cümə Axşamı 11:05
Dekabrda bitkiçilik və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 1,7 faiz bahalaşıb.
Dekabr ayında bitkiçilik və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 1,7 faiz bahalaşıb. Dövlət Statistika Komitəsindən ANS PRESS-ə verilən məlumata görə, birillik və ikiillik bitkilərdən buğdanın istehsalçı qiymətləri 0,9 faiz, qarğıdalının 0,1 faiz, arpanın 6,1 faiz, kələmin 3,1 faiz, göyərtinin 5,3 faiz, xiyarın 0,4 faiz, qırmızı turpun 2,8 faiz, sarımsağın 0,4 faiz, göy soğanın 0,2 faiz, kartofun 2,2 faiz, quru otun 1,8 faiz, yoncanın istehsalçı qiymətləri 8,5 faiz bahalaşıb, yaşıl paxlalı tərəvəzlərin istehsalçı qiymətləri isə 1,2 faiz ucuzlaşıb.

Çoxillik bitkilərdən xurmanın istehsalçı qiymətləri 1,0 faiz, narın 3,6 faiz, feyxoanın 2,0 faiz, əzgilin 1,9 faiz, naringinin 3,7 faiz, almanın 4,4 faiz, armudun 3,9 faiz, şabalıdın 11,2 faiz, fındığın 12,2 faiz, qozun istehsalçı qiymətləri 3,4 faiz bahalaşıb, limonun 0,4 faiz, ağac və kol tinglərinin istehsalçı qiymətləri isə 0,2 faiz ucuzlaşıb.

Diri heyvanlar və heyvandarlıq məhsullarından iri-buynuzlu mal-qaranın istehsalçı qiymətləri 0,7 faiz, inək südünün 0,1 faiz, camış südünün 2,0 faiz, quzunun 0,1 faiz, qoyun südünün 1,5 faiz, qoyun ətinin (diri çəkidə) 1,6 faiz, hind toyuğunun 1,8 faiz, yumurtanın 9,5 faiz, quş ətinin (diri çəkidə) 3,1 faiz, təbii balın qiymətləri 1,1 faiz bahalaşmış, donuz ətinin (diri çəkidə) 6,7 faiz, diri qazların istehsalçı qiymətləri isə 2,7 faiz ucuzlaşıb. Ay ərzində meşə təsərrüfatı məhsullarından yanacaq oduncağının istehsalçı qiymətləri 0,2 faiz, balıq və sair balıqçılıq məhsullarından isə diri balığın qiymətlərində 0,8 faiz bahalaşma müşahidə olunub. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar