Ötən ay 5,9 ton benzin ixrac edilib
01 Noyabr 2011 Çərşənbə Axşamı 17:44
Oktyabrda 118,7 ton dizel, 15,7 ton təyyarə yanacağı istehsal olunub.
Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi bu ilin oktyabr ayında 5 min 918 ton avtomobil benzini, 118 min 720 ton dizel yanacağı, 15 min 706 ton təyyarə yanacağı, 239 ton soba mazutu ixrac edib.

ARDNŞ-in mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, ümumilikdə, 2011-ci ilin yanvar-oktyabr ayları ərzində 78 min 786 ton avtomobil benzini, 1 milyon 75 min 609 ton dizel yanacağı, 69 min 643 ton təyyarə yanacağı, 5 min 571 ton soba mazutu ixrac edilib.

2011-ci ilin oktyabr ayında dünya bazarında avtomobil benzininin qiyməti (1 ton üçün) – 960,07 dollar, təyyarə yanacağının – 984,86 dollar, dizel yanacağının – 922,32 dollar, 1%-li kükürdlü mazutun qiyməti isə 641,24 dollar təşkil edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar