"Azərbaycanda neft istehsalı ilə bağlı bugünkü durum OPEK-in qərarı ilə üst-üstə düşür". Bunu Vyanada keçirilən OPEK-in konfransında iştirak edən Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev ANS-ə açıqlamasında deyib.
"Biz iclasda Azərbaycanın mövqeyini nəzərə çatdırdıq. Mən hesab edirəm ki, təşkilatın qəbul etdiyi qərarlar düzgündür və Azərbaycan bunu dəstəkləyir. Əsas yatağımız olan Azəri-Çıraq-Günəşlidə, Mərkəzi Azəri platforması ilə bağlı bəzi texniki problemlər hələ ki, mövcuddur. İstehsalı artırmaq imkanı olsa belə, dünyada mövcud olan qiymətlərlə Azərbaycanda istehsalı artırmaq ənənəsi düzgün gəlmir".
Qeyd edək ki, Avstriyanın paytaxtı Vyanada neft ixrac edən ölkələr birliyi-OPEK-in növbəti iclasında qurum üzvləri hasilatı indiki səviyyədə saxlamağa qərar verib. /ANS TV/