OPEK-in gəlirləri artacaq
13 Noyabr 2009 Cümə 18:40
OPEK-in gəlirləri 30 faiz təşkil artacaq.
OPEK-in neft ixracından gəlirləri gələn il qiymətlərin və istehlakın artımı hesabına 30% artacaq. ABŞ-ın Energetika İnformasiya Agentliyi (EİA) bununla bağlı proqnoz verib.

Agentliyin bu ilki 567 milyard dollarlıq proqnozla müqayisədə yeni proqnozu 750 milyard dollar təşkil edir. EİA əvvəlki proqnozlarında OPEK-in gəlirlərinin 2010-cu ildə 503 milyard dollaradək düşəcəyini bildirirdi.

2008-ci ildə kartel neftin qiymətinin tarixi maksimuma – $147 qədər bahalaşması hesabına rekord həddə - $966 milyard gəlir əldə etmişdi. anspress


DOSTLARINLA PAYLAŞ:

oyunlar