OPEK də kasıblayıb
19 Yanvar 2010 Çərşənbə Axşamı 16:10
OPEK təşkilatının gəlirləri ötən il 392 milyard dollar azalıb.
OPEK-ə üzv ölkələrinin neft ixracından olan gəlirlərləri 2009-cu ildə 40 faiz azalıb. Təşkilatın gəlirləri 2008-ci ildəki 965 milyard dollardan ötən ildə 573 milyard dollara düşüb. Gəlirlərin azalmasına dünya bazarlarında neftin ucuzlaşması və kartel tərəfindən neft hasilatına qoyulan məhdudiyyətlər səbəb olub.

Qeyd edək ki, bu ölkələrdə adambaşına ən çox neft gəliri olan ölkə Qətərdir. Belə ki, bu göstəriciyə görə, Qətərdə hər adama 25,2 min dollar neft gəliri düşür. Bundan fərqli olaraq, Nigeriyada adambaşına neft gəliri 325 dollar, İranda isə 821 dollardır. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar