Online olaraq avtomobilini sığortala!
10 Dekabr 2010 Cümə 17:20
Beynəlxalq Sığorta Şirkətindən növbəti yeniliyin tətbiqinə başlanılıb
Beynəlxalq Sığorta Şirkəti (BSS) respublikanın sığorta bazarında qabaqcıl texnalogiyaların tətbiqinin davam etdirir. Şirkətin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, respublikada ilk dəfə olaraq 2009-cu ilin may ayında səyahət sığortası şəhadətnamələrinin internet vasitəsi ilə satışını təşkil edən şirkət, müştərilərin vaxt məhdudiyyətlərini nəzərə alaraq, bu dəfə "online" rejimdə avtomobil vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası şəhadətnamələrinin əldə edilməsi şəraitini yaradıb.
İndi müştərilər şirkətin internet saytına daxil olaraq, səyahət sığortası ilə yanaşı avtomobil vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığörtasını əldə edə bilərlər. Bunun üçün müştəri /iic.az/ saytına daxil olduqdan sonra, sığorta növünü seçməli və "online" ərizə formasını dolduraraq, öz plastik kartı (maaş, depozit və ya kredit kartları) vasitəsilə tələb olunan məbləği ödəməlidir. Bütün prosedurlar həyata keçirildikdən sonra, sığorta şəhadətnaməsi şirkətin əməkdaşları tərəfindən onun "online" ərizə formasında göstərdiyi ünvana çatdırılır.
Sığorta şəhadətnamələrinin onlayn satışı Azərbaycanda aparıcı prosessinq operatoru olan Azericard şirkəti ilə birgə hazırlanıb.
Qeyd edək ki, sıx əməkdaşlıq edən şirkətlərin birgə layihələri sırasına 2008-ci ildən etibarən sığorta haqlarının bankomatlar vasitəsilə ödənilməsi proqramı da daxildir. Hazırda fəaliyyət göstərən bu proqrama əsasən müştərilər sığorta haqqlarının hissəli ödənişlərini bankomatlar vasitəsi ilə də hayata keçirə bilirlər. 2002-ci ildə Azərbaycan Beynəlxalq Bankı tərəfindən təsis edilib, 27 oktyabr 2009-cu ildə ən böyük Beynəlxalq reytinq agentliklərindən biri "Moody's Investors Service" agentliyi tərəfindən "B2" səviyyəsində, "sabit" reytinq proqnozlu maliyyə sabitliyi reytinqi (insurance financial strength rating, IFSR) almış Beynəlxalq Sığorta Şirkəti hazırda müştərilərinə 37 sığorta növü üzrə xidmətlər göstərir.
DOSTLARINLA PAYLAŞ: