Ölkədə yoxsulluğun aradan qaldırılması üçün USAİD və Maliyyə Nazirliyi ilə birgə maliyyələşdirmə üzrə Anlaşma memorandumu imzalanıb.
Azərbaycan və Birləşmiş Ştatlar maliyyə naziri Samir Şərifov və USAİD-in Azərbaycan üzrə direktoru Skot Teylor tərəfindən 45 milyon ABŞ dolları dəyərində imzalanan 3 illik müqavilə nəticəsində çeşidli iqtisadi islahat və inkişaf layihələrinin maliyyələşdirilməsi üzrə öhdəlik götürüblər. Bu haqda ABŞ-ın ölkəmizdəki səfirliyinin yaydığı açıqlamada bildirilir ki, birgə maliyyələşdirmə üzrə Anlaşma Memorandumuna əsasən, Azərbaycan hökuməti 20.7 milyon ABŞ dolları və USAİD 24.3 milyon ABŞ dolları dəyərində maliyyə yardımı göstərəcək. Bu yardım ticarət və sərmayə, xərclər üzrə islahat, özəl sektorun rəqabətliliyi və regionların sosial-iqtisadi inkişafı kimi sahələrdə mühüm iqtisadi islahat və inkişaf proqramlarına dəstək verəcək. Məlumatda o da qeyd olunur ki, bu birgə maliyyələşdirmə sayəsində USAİD Azərbaycan hökumətinin Ümumdünya Ticarət Təşkilatına üzv olması səylərinə dəstək verilməsi, iş yerlərinin açılması, özəl sektorun inkişafına təkan verəcək rəqabətli, şəffaf və işgüzar mühitin yaradılmasına kömək etməkdə davam edəcək. Regionların sosial-iqtisadi inkişaf proqramı isə yoxsulluğun aradan qaldırılmasına kömək edəcək.
Olaylar