Ölkədə iqtisadi artım bərpa olunub
16 Mart 2009 Bazar Ertəsi 17:00
Dövlət Statistika Komitəsindən «APA-ECONOMICS»ə verilən məlumata görə, hesabat dövründə istehsal olunmuş ÜDM-in həcmi əvvəlki ilin eyni dövrünə nisbətən 3,4% və ya müqayisəli qiymətlərlə 189,8 mln. manat artıb.
Əlavə dəyərin 40,4%-i neft-qaz sektorunda, 53,9%-i iqtisadiyyatın qeyri-neft sahələrində yaradılıb, məhsula və idxala xalis vergilər isə ÜDM-in 5,7%-ni təşkil edib. İqtisadiyyatın qeyri-neft sahələrində istehsal olunmuş əlavə dəyər əvvəlki ilin eyni dövrü ilə müqayisədə 13,9% artıb.
Bu dövr ərzində sənayedə 1,8 mlrd. manatlıq, yaxud ÜDM-in 45,7%-i qədər, kənd təsərrüfatı, ovçuluq və meşə təsərrüfatında 129,3 mln. manatlıq (müvafiq olaraq 3,3%), tikintidə 523,3 mln. manatlıq (13,6%), nəqliyyatda 294,6 mln. manatlıq (7,6%), poçt və rabitədə 85,9 mln. manatlıq (2,2%), topdan və pərakəndə ticarət, avtomobillərin, məişət məmulatlarının və şəxsi istifadə əşyalarının təmiri üzrə xidmətlər sahəsində 391,9 mln. manatlıq (10,1%), mehmanxana və restoranlarla xidmətin göstərilməsi sahələrində 56,7 mln. manatlıq (1,5%), sosial və digər xidmətlər sahəsində 395,9 mln. manatlıq (10,3%) əlavə dəyər istehsal olunub.
Cari ilin yanvar-fevral ayları ərzində ÜDM-in əhalinin hər nəfərinə düşən həcmi 2,2% artaraq 447,8 manat (556,4 ABŞ dolları) təşkil edib.
DOSTLARINLA PAYLAŞ: