Ölkədə hüquqi şəxslərin sayı artıb
15 Oktyabr 2012 Bazar Ertəsi 16:19
9 ay ərzində 88 birgə müəssisə yaradılıb.
Bu ilin yanvar-sentyabr ayları ərzində ölkədə hüquqi şəxslərin sayı artmaqda davam edib və qeydiyyatdan keçmiş 3883 hüquqi şəxsin 136-sı dövlət mülkiyyətinə, 3296-sı xüsusi mülkiyyətə, 362-si tam xarici investisiyalı, 88-i birgə müəssisələrə, 1-i isə bələdiyyə mülkiyyətinə aid olub.
Dövlət Statistika Komitəsindən ANS PRESS-ə verilən məlumata görə, yeni müəssisələrin 60,6 faizi Bakıda, 13,1 faizi Aran, 7,1 faizi Abşeron və 5,5 faizi Gəncə-Qazax iqtisadi rayonlarında, qalanları isə digər bölgələrdə qeydiyyatdan keçib.
Azərbaycan Respublikası Vergilər Nazirliyinin məlumatına əsasən, 2012-ci ilin oktyabr ayının 1-i vəziyyətinə fiziki şəxslərin sayı 415 mindən çox olub. 9 ay ərzində fiziki şəxslər Bakıda, Aran, Gəncə-Qazax, Şəki-Zaqatala, Abşeron və Lənkəran iqtisadi rayonlarında daha çox qeydiyyata alınıb.
DOSTLARINLA PAYLAŞ: