Ölkədə bankomatların sayı 10 faiz artıb
30 Dekabr 2010 Cümə Axşamı 11:00
Regionlarda isə pos-terminalların quraşdırılmasında artım var
Azərbaycanda fəaliyyət göstərən kommersiya bankları bu ilin əvvəlindən dekabr ayının 1-nə 1,879 min ədəd bankomat quraşdırıblar. Mərkəzi Bankın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, bu, ilin əvvəlinə olan göstəricidən 10,9 faiz çoxdur.
Belə ki, dekabrın 1-nə qədər olan tarixdə Bakıda 1 044 bankomat quraşdırılıb. Bu, 8,8 faiz artım deməkdir. Regionlarda isə 835 bankomat quraşdırılıb ki, bu ilin əvvəli ilə müqayisədə 13,6 faiz artımdır.
Ölkədə quraşdırılmış pos-terminalların sayında da artım var. Belə ki, bu ilin noyabr ayının sonuna bu göstərici 7,912 min ədəd olub ki, bu da 8,6 faiz azalıb təşkil edib. Bu müddət ərzində Bakıda 7,096 min pos-terminal quraşdırılıb. Bu, öz növbəsində 9,9 faiz azalma derməkdir. Regionlarda isə 816 pos-terminal qyraşdırılıb ki, bu da ilin əvvəli ilə müqayisədə 3,8 faiz artıma bərabərdir.
DOSTLARINLA PAYLAŞ: