Ölkede avtomobillerin istehsalı 3 defe coxalıb
18 Avqust 2013 Bazar 18:26
Bu ilin yanvar-iyul aylarında respublikada 147 yük maşını istehsal olunub.
Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 326 minik avtomobili istehsal olunub ki, bu da 2012-ci ilin analoji dövründə qeydə alınan göstəricidən 3,4 dəfə artıqdır. Trend-in məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında bildirilir.

Hesabatda qeyd olunur ki, yanvar-iyul aylarında respublikada 147 yük maşını istehsal olunub. Bu da ötən ilin analoji dövründə qeydə alınan göstəricidən 72,9 faiz çoxdur.

Minik və yük maşınları istehsalında olan artıma baxmayaraq, yanvar-iyul aylarında traktor istehsalında azalma müşahidə olunub. Belə ki, hesabat dövründə ölkədə 415 traktor istehsal edilib. Bu da 2012-ci ilin yanvar-iyul aylarında qeydə alınan göstəricidən 22,6 faiz aşağıdır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar