Ölkədə 1752 bankomat var
07 İyul 2010 Çərşənbə 02:35
Bankomatların 979-u Bakı şəhərində, 773-ü isə digər şəhər və rayonlarda yerləşir.
2010-cu il iyun ayının 1-nə Azərbaycan Respublikası üzrə bankomatların sayı 1752 ədəd olub. ANS PRESS Mərkəzi Bankın mətbuat xidmətinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 170 ədəd çoxdur. Cari ilin iyunun 1-nə bankomatların 979-u Bakı şəhərində, 773-ü isə digər şəhər və rayonlarda yerləşir.
Bu dövrdə Azərbaycan Respublikası üzrə pos-terminalların sayı 8801 ədəd olub. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 280 ədəd çoxdur. Cari dövrdə pos-terminalların 8013-ü Bakı şəhərində, 788-i isə digər regionlarda yerləşir.
2010-cu ilin iyun ayının 1-nə Azərbaycan Respublikası üzrə dövriyyədə olan ödəniş kartların sayı keçən ilin müvafiq dövrünə 8 % artaraq 4,120 mln ədədə çatıb.
Ödəniş kartları ilə o cümlədən bankomatlar və pos-terminallar vasitəsilə aparılan əməliyyatların sayı 3972 olub. Onlardan 95.5 % debet kartların payına düşür. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: