Oktyabrda brokerlərin lideri "Brokdil-Az" olub
04 Noyabr 2011 Cümə 17:16
Ötən ay üzrə dövlət qiymətli kağızlar bazarında göstərilmiş xidmətlərin həcminə görə brokerlərin renkinqi
Bu ilin oktyabr ayında dövlət qiymətli kağızlar bazarında (repo əməliyyatlar bazarı istisna olmaqla) Bakı Fond Birjasının (BFB) Analitik şöbəsinin hesablamalarına əsasən, brokerlərin renkinqində göstərilmiş xidmətlərin həcminə görə “Brokdil-Az” başçılıq edir. BFB-dən ANS PRESS-ə verilən məlumata görə, şirkət 1 müştəriyə ümumi dəyəri 7 893 162,86 manat olan broker xidmətləri göstərib.

İkinci yeri isə 2 müştəriyə ümumi həcmi 4 997 871,83 manat olan broker xidmətləri göstərmiş “Caspian Financial ltd” tutub. Göstərilmiş broker xidmətlərinin həcminə görə üçüncü yerdə isə 4 989 000,00 AZN-lə “BoB Broker” qərarlaşıb.

2011-ci il oktyabr ayı üzrə DQK bazarında göstərilmiş xidmətlərin həcminə görə brokerlərin renkinqi

1 (-) 1 "Brokdil-Az" MMC 8 1 7 893 162,86
2 (▲) 4 "Caspian Financial ltd" MMC 3 2 4 997 871,83
3 (-) 3 "BoB Broker" MMC 3 1 4 989 000,00
4 (▲) 5 "Texnika Kapital Menecment" 3 2 3 789 262,84
5 (▼) 2 "Çelsi Kapital" MMC 3 3 2 699 939,79
6 (-) 6 "Respublika İnvest" MMC 1 1 2 000 000,00



DOSTLARINLA PAYLAŞ:

oyunlar