Obamanın qonşusu olmaq üçün 1,285 mln.$
16 Sentyabr 2009 Çərşənbə 16:25
Prezidentin yaşadığı küçədəki evlər satılır
Birləşmiş Ştatlar prezidenti Barak Obama ilə qonşu olmaq istəyən şəxs minimum 1,285 milyon dollarından keçməlidir. Bu məbləğə Çikaqonun Kenvud rayonunda prezident Obamanın əvvəl yaşadığı yerdə ev ala bilər. Bu barədə ABŞ-ın Milli Rieltorlar Assosiasyası məlumat yayıb.

Məlumata görə, hazırda Obamanın evinin yaxınlığında üç ev satılır. Onlardan ən ucuzu, yəni 1,285 milyon dəyərində olanı 1926-cı ildə tikilib.

Digər, bir qədər bahalı ev alıcıya 1,85 milyon dollara başa gələ bilər.

Onların sırasında satışa çıxarılan ən bahalı ev isə 1898-ci ildə inşa olunub. Onun qiyməti 2,6 milyon dollaradır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar