Nüfuz və etibar nümunəsi olan sığorta şirkəti
09 Dekabr 2010 Cümə Axşamı 15:10
“AtaSığorta” ASC "Azeri Business Award" mükafatına layiq görülüb
"AtaSığorta” ASC “Azeri Business Award” mükafatının “Nüfuz və Etibar” nominasiyasına layiq görülüb. Şirkətin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, mükafat "AtaSığorta”nın İdarə Heyətinin sədri Tamerlan Hacıyevə təqdim olunub.
“Azeri Business Award” Milli mükafatı Azərbaycanın işgüzar aləmlə bağlı aparıcı nəşrlərindən olan “Business Time” jurnalı tərəfindən təsis olunub. Mükafatın təsis edilməsində məqsəd ən yaxşı fəaliyyət nümayiş etdirən şirkətlərin adlarını açıqlamaqla milli biznesimizin yeni imicini yaratmaqdan ibarətdir. Ölkədə işgüzar etikanın yeni standartlarını təbliğ edən “Azeri Business Award” Milli Mükafatının qalibləri hər ilin yekunlarına görə müəyyənləşdirilir.
Xatırladaq ki, ötən müddət ərzində "AtaSığorta” ASC biznes sahəsində əldə etdiyi uğurlara görə, “Uğur”, “Gənclərin Dostu” və s. kimi mükafatlara da layiq görülüb.
Qeyd edək ki, “AtaSığorta” ASC 21 iyul 2004-cü il tarixində rəsmi dövlət qeydiyyatından keçib və 3 sentyabr 2004-cü il tarixdən etibarən isə tam lisenziyalı sığorta şirkəti kimi fəaliyyətə başlayıb. Təsisçisi “AtaHoldinq” ASC olan şirkətin nizamnamə kapitalı 4 800 000 manat məbləğindədir. “AtaSığorta” ASC həm həyat və həm də qeyri-həyat sığorta siniflərinə aid olan 21 könüllü və 5 icbari olmaqla ümumilikdə 26 növ üzrə sığorta xidmətləri göstərir.
DOSTLARINLA PAYLAŞ: