Noyabrda da “Azərsığorta” lider olub
16 Dekabr 2010 Cümə Axşamı 16:10
Azərbaycan sığorta bazarının ötən ay üçün renkinqi
Bu ilin yanvar-noyabr aylarında “Azərsığorta” dövlət kommersiya şirkəti sığorta tədiyələrinin yığımına görə Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri arasında lider olub. Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin mətbuat mərkəzindən ANS PRESS-ə verilən məlumata görə, hesabat dövründə “Azərsığorta”nın tədiyə yığımı 22,8 milyon manat və ya sığortaçıların bütün tədiyələrinin 16,3 faizini təşkil edib.

Ötən 11 ay müddətinin yekunları üzrə yığılmış tədiyələrin həcminə görə 10 aparıcı sığorta şirkətinin sırasına həmçinin ikinci yerlə “AzSiğorta” - 14,2 milyon manat, üçüncü yerdə “Atəşgah” 13,09 milyon manat, dördüncü “Azal sığorta” -11,78 milyon manat, beşinci “Pasha Sigorta” 11,66 milyon manatdır. İlk onluqda sonrakı yerləri “Beynəlxalq sığorta şirkəti” -9 milyon manat, “Standard Insurance” - 7,82 milyon manat, “AXAMBASK” - 7,48 milyon manat, “Xalq sığorta” (6,54 milyon manat və “A-QROUP” - 5,83 milyon manat daxil olub.

Ümumilikdə, 2010-cu ilin 11 ayı ərzində bazarda fəaliyyət göstərən 27 sığorta şirkətinin hamısı tədiyə əldə edib. Bundan başqa, 19 sığorta şirkəti 1 milyon manatdan çox tədiyə əldə edib. Hesabat dövründə sığorta şirkətləri arasında ən çox ödəniş həyata keçirən şirkət də “Azərsığorta” olub. Ödənişlərin həcmi 9,66 milyon manat və ya 11 ay ərzində bütün ödənişlərin 21,24 faizini təşkil edib.

Ödənişlərin həcminə görə 10 aparıcı sığorta şirkəti sırasına “Beynəlxalq sığorta şirkəti” (4,77 milyon manat, “Atəşgah” - 4,72 milyon manat, “A-QROUP” - 4,52 milyon manat, “AXA MBASK” - 3,24 milyon manat, “Qarant Sigorta” - 2,39 milyon manat, “Pasha Sigorta” - 2,11 milyon manat, “Standard Insurance” - 1,96 milyon manat, “Xalq sığorta” - 1,62 milyon manat və “Başak İnam” - 1,45 milyon manat daxildir.

Bu ilin yanvar-noyabr aylarında 27 sığorta şirkətinin hamısı ödəniş həyata keçirib. Bununla yanaşı, 15 sığorta şirkəti hesabat dövründə 1 mln. manatdan çox ödəniş edib. Bu ilin 11 ayı ərzində sığortaçıların ümumi tədiyələri 139,82 milyon manat, ödənişləri 45,48 milyon manat təşkil edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar