Novorossiyskdən 294,7 ton xam neft yola salınıb
01 Dekabr 2011 Cümə Axşamı 20:02
Ötən ay Supsa limanından 238, 6 ton, Çeyhan limanından isə 1, 444 milyon ton xam neft ixrac edilib.
Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi bu ilin noyabr ayında Novorossiysk limanından 294 min 71 ton, Supsa limanından 238 min 647 ton, Çeyhan limanından 1 milyon 455 min 383 ton xam neft ixrac edib.
ARDNŞ-in mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, ümümilikdə yanvar-noyabr ayları ərzində Novorossiysk limanından 1 milyon 832 min 765 ton, Supsa limanından 2 milyon 490 min 414 ton, Ceyhan limanından isə 21 milyon 324 min 24 ton xam neft ixrac edilib.
ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də ARDNŞ-ə məxsus xam neft həcmlərini əks etdirir.
DOSTLARINLA PAYLAŞ: