Nissan Tiida sığortaçısına 10 000 manat ödənildi
03 Noyabr 2010 Çərşənbə 10:25
“MBASK” Sığorta Şirkəti daha bir avtomobil sığortaçısına iri məbləğdə sığorta ödənişi həyata keçirib.
“MBASK” Sığorta Şirkəti “Nissan Tiida” avtomobilinin sığortaçısına 10 000 manat məbləğində iri sığorta ödənişi həyata keçirib. Şirkətin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, bu ilin əvvəlindən “MBASK” Sığorta Şirkəti öz müştərilərinə 2 634 935 manatdan artıq məbləğdə ödəniş həyata keçirib. Bunlardan 1 791 204 manatdan və ya 68 faizi avtonəqliyyat vasitələrinin sığorta olunması üzrə polislərin ödənilməsinin payına düşür.

Qeyd edək ki, “Client Сare” xidmətinin həyata keçirilməsi çərçivəsində “MBASK” şirkəti sənədlərin toplanması şərtlərini və sığorta ödənişlərinin həyata keçirilməsi prosesini əhəmiyyətli dərəcədə yüngülləşdirib. Belə ki, konkret olaraq, “MBASK” şirkəti öz korporativ müştərilərinə müvafiq dövlət orqanlarından sənədlərin toplanması üzrə xidmətlər göstərir, özünün özəl müştərilərinə isə şirkət VİP-xidmət olunma xidmətini təşkil edir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar