“NikoylBank”dan yeni şərtlər
21 Dekabr 2009 Bazar Ertəsi 11:45
“NikoylBank”dan yeni şərtlər. Depozitlərin faiz dərcəsi standart faiz dərəcələrindən 0,4 faiz qədər çox müəyyən ediləcək.
“NikoylBank” VIP müştərilərin əmanətləri üzrə xüsusi şərtlər irəli sürür.
Bankın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumatda bildirilir ki, yenicə qüvvəyə minən xüsusi şərtlərə görə, əmanətçi 12 aydan çox müddətə 100 000 AZN, avro və ya ABŞ dollarından çox vəsait yerləşdirdiyi halda onun depozitinin faiz dərcəsi standart faiz dərəcələrindən 0,4 faiz qədər çox müəyyən edilir.
Vəsait 12 aydan az müddətə yerləşdirildiyi halda, bu fərq 0,2 faiz təşkil edir.

Sözügedən yeni şərtlər bankın bütün cari depozitlərinə şamil edilir – “NİKOYL Sabit”, “NİKOYL Sosial”, “NİKOYL Universal”, “NİKOYL Ən Sərfəli”, “NİKOYL Zəngin”.

NİKOYL Private Banking – özəl kapitalın idarə edilməsi məqsədilə 2009-cu ildə bank tərəfindən yaradılmış xüsusi bölmədir.ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar