NikoylBank açıq tender elan edib
03 Fevral 2010 Çərşənbə 12:45
NikoylBank açıq tender elan edib. Tender əmlakın yanğın və digər risklərdən sığortası üzrə keçirilir.
“Nikoyl» İnvestisiya Kommersiya Bankı əmlakın sığortalanması üzrə açıq tender elan edir.
Bankın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, tender əmlakın yanğın və digər risklərdən sığortası, avtonəqliyyat vasitələrinin tam sığortası üzrə keçirilir.
Təqdim edilən təklif zərfə qoyularaq möhürlənməli və bağlı halda Tender Komissiyasına göndərilməlidir.
Ünvan: AZ1000, Azərbaycan Respublikası, Bakı şəhəri, Ü.Hacıbəyov küçəsi, 27.
ANSPRESS
DOSTLARINLA PAYLAŞ: