Nikoyl Bank VİP müştərilərə konsyerj xidməti göstərəcək
07 Yanvar 2010 Cümə Axşamı 14:20
“Nikoyl Bank” müştəriləri şəxsi katib xidmətlərindən istifadə edə biləcəklər
“Nikoyl” İnvestisiya-Kommersiya Bankının özəl bank xidməti ofisi olan Private banking VIP-müştəriləri üçün konsyerj xidmətləri göstərəcək. Bunu ANS PRESS-ə bankın mətbuat xidmətindən məlumat veriblər.

Belə ki, bu ilin yanvarın 1-dən etibarən ofis öz müştərilərinə Lifestyle management seqmentində yeni xidməti - VIP Club Concierge-Azerbaijan: Gold Card üzvlük kartını təqdim edir. Bu kart onun sahibinə şəxsi katib xidmətlərindən istifadəyə imkan yaradır. Katib sutkada 24 saat ərzində müştərinin ən xırda detallara kimi istənilən sorğusunu yerinə yetirməlidir.

“Nikoyl” Private Bаnking VİP-müştərilər üçün konsyerj xidmətlərinin göstərilməsi üçün Azərbaycanın konsyerj xidməti ilə saziş bağlayıb.

VIP CLUB Concierge-Azerbaijan Azərbaycanda Beynəlxalq Konsyerj Şirkətlər Assosiasiyası tərəfindən tanınan qurumdur.

Xatırladaq ki, “Nikoyl” Private Banking 2009-cu ildə yaradılan ixtisaslaşdırılmış bank bölməsidir. Bölmə mötəbər müştərilərə xidmət göstərmək, özəl kapitalın idarə olunması üzrə bütün xidmət spektrinin göstərilməsi üçün nəzərdə tutulub. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar