Nemiroff satışa çıxarılıb
03 Fevral 2010 Çərşənbə 12:26
Dünyanın ən böyük araq istehsalçılarından olan Ukraynanın Nemiroff holdinqi satışa çıxarılıb.
“APA-ECONOMICS”in “Kommersant”a istinadən məlumatına görə, artıq “ING Bank”ın Kiyev ofisi “Nemiroff”un nəzarət paketlərinə alıcı axtarışı ilə məşğul olmağa başlayıb.

“Nemiroff”un Direktorlar Şurasının sədri Aleksandr Qlus isə holdinqin satılmadığını, amma qlobal bazarda inkişaf etmək üçün strateji investorun cəlb edilməsi məsələsinə baxa biləcəklərini açıqlayıb.

“Kommersant” yazır ki, “Nemiroff”un iki sahibi – səhmlərin 40%-nə malik olan Yakov Qribov və 30%-nə malik olan Anatoli Kipiş biznesdən çıxmaq qərarına gəlib. Şirkətin banisi Stepan Qlus isə “Nemiroff”dakı 30%-lik payını saxlamaq istəyir. O, kredit cəlb edə bilsə, tərəfdaşlarının da payını ala bilər. Analitiklər “Nemiroff”u 320 mln. dollar həcmində qiymətləndirirlər.

Qeyd edək ki, “Nemiroff” şirkəti 1992-ci ildə yaradılıb. Böyük Britaniyanın “Drіnks Іnternatіonal” jurnalının “World Mіllіonaіres Club” beynəlxalq reytinqinə əsasən, 2008-ci ildə Ukrayna şirkəti dünya araq brendlərinin ilk üçlüyünə daxil olub. O, yalnız “Smirnoff” və “Absolut”dan geri qalıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar