Neftin qiymətində ziddiyyətli dəyişiklik
19 Yanvar 2011 Çərşənbə 03:20
“Qara qızıl” Avropada bahalaşıb, Amerikada isə ucuzlaşıb.
Ötən gün dünya bazarlarında neftin qiyməti ziddiyyətli dəyişib. Bu, Beynəlxalq Enerji Agentliyinin OPEK ölkələrinin neft hasilatını tədricən artırması barədə məlumatları və Çində yanacağa olan tələbatın artması fonunda baş verib.
London birjasında “Brent Crude Oil” markalı neftin bir barelinin qiyməti 0,37 dollar artaraq, 97,80 dollara çatıb.
Nyu-York birjasında isə “Light Sweet Crude Oil” markalı neft 0,16 dollar ucuzlaşıb. Bu markadan olan “qara qızıl”ın bir barelinin qiyməti 91,38 dollar təşkil edib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: