Neftin qiymətində tarazlıq pozulub
16 May 2011 Bazar Ertəsi 17:52
Nyu-Yorkda "qara qızıl" ucuzlaşıb, Londonda isə bahalaşıb
Bu gün dünya birjalarında neftin qiymətində tarazlıq pozulub. Avrozona dövlətlərinin yaranan borc problemi xammal bazarında vəziyyətin qeyri-stabil olmasına gətirib çıxarıb. Nyu-Yorkun elektron satış birjasında “WTI” (Light Sweet Crude Oil) markalı neftin barelinin iyun ayına olan fyuçerslərinin qiyməti 1,82 dollar və ya 1,83 faiz ucuzlaşaraq 97,83 dollara, Londonda birjalarında vəziyyət tamamilə əksinə özünü biruzə verib. Belə ki, “Brent” markalı neftin barelinin iyun ayına olan fyuçerslərinin qiyməti isə 1,44 dollar və ya 1,27% bahalaşaraq 112,39 dollara təklif edilib.
Vəziyyəti şərh etməyə çalışan amerikalı ekspertlər hesab edir ki, Avrozonada vəziyyəti gərgin olan Yunanıstana hər hansı bir yardımın edilməsi ilə bağlı qətiyyətsizlik müşahidə olunur: “Əgər bütün faktorları yanaşı qoysaq, ilin ikinci yarısında bazarda vəziyyətin heç də ürəkaçan olmadığını görə bilərsiniz”.
Qeyd edək ki, bu günə Avropa ölkərinin maliyyə nazirlərinin Beynəlxalq Valyuta Fondunun rəhbəri Dominik Stross-Kanın rəhbərliyi ilə görüşləri planlaşdırılmışdı. Lakin o, saxlanıldığından vəziyyət bir az da gərginləşməli oldu.
DOSTLARINLA PAYLAŞ: