Neftin qiymətində sıçrayış
04 Yanvar 2012 Çərşənbə 03:14
“Qara qızıl”ın bir bareli 4 dollardan çox bahalaşıb.
Dünya bazarlarında neftin qiyməti kəskin artıb. ANS PRESS-in “Bloomberg” agentliiynə istinadən verdiyi məlumata görə, son bahalaşma ABŞ və Asiyada istehsalın fəallaşması, eləcə də, İrana qarşı son sanksiyaların İran neftinin nəqlində fasilələrə səbəb ola biləcəyi ilə bağlı narahatlıqlar fonunda baş verib.

London birjasında “Brent Crude Oil” markalı neftin bir barelinin qiyməti 4,75 dollar artaraq, 112,13 dollara çatıb.

Nyu-York birjasında isə “Light Sweet Crude Oil” markalı neft bir bareli 4,13 dollar bahalaşıb. ıb. Bu markadan olan “qara qızıl”ın qiyməti 102,96 dollar təşkil edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar