Neftin qiymətində sıçrayış
14 Sentyabr 2011 Çərşənbə 01:28
“Qara qızıl” Nyu-Yorkda 2 dollar bahalaşdı
ABŞ-da yanacaq ehtiyatı ilə bağlı hesabatın gözlənilməsi fonunda ötən gün neft 2 dollardan çox bahalaşıb. Məlumatı “Bloomberg” agentliyiy ayıb.

Nyu-York birjasında “Light Sweet Crude Oil” markalı neftin bir barelinin qiyməti 2,02 dollar artaraq, 90,21 dollara çatıb.

ABŞ-ın Energetika Nazirliyinin bu gün hesabat açıqlayacağı və ötən həftə ərzində neft ehtiyatlarının 3 milyon bareldən çox azaldığı barədə məlumat verəcəyi gözlənilir.

London birjasında isə “qara qızıl” ucuzlaşıb. Bu birjada “Brent Crude Oil” markalı neftin bir barelinin qiyməti 0,31 dollar ucuzlaşaraq, 112,25 dollara düşüb.

Ekspertlər bunu Avropada iqtisadi problemlərin dəyişməsi ilə əlaqədar investorların narahatlıqları ilə əsaslandırırlar.


DOSTLARINLA PAYLAŞ:

oyunlar