Neftin qiymətində qeyri-sabitlik yaranıb
26 Oktyabr 2010 Çərşənbə Axşamı 17:35
"Qara qızıl" Nyu-Yorkda 0,1 faiz ucuzlaşıb, Londonda isə 0,03 faiz bahalaşıb.
Bu gün neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib. Nyu-Yorkun elektron satış birjasında WTI (Light Sweet Crude Oil) markalı neftin barelinin dekabr ayına olan fyuçerslərinin qiyməti 0,09 dollar və ya 0,1% ucuzlaşaraq 82,43 dollara, Londonda isə "Brent" markalı neftin bareli 0,02 dollar və ya 0,03% bahalaşaraq 82,59 dollara təklif edilib.

“Bloomberg”in apardığı sorğuya əsasən, ötən həftə ABŞ-ın neft ehtiyatı 1,5 milyon barel artıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar