Neftin qiymətində kəskin artım davam edir
31 Avqust 2011 Çərşənbə 03:15
“Qara qızıl”ın bir barelinin qiyməti Avropada 114,07, Amerikada 88,90 dollara çatıb.
ABŞ-da “Ayrin” qasırğasından sonrakı bərpa və bu ölkənin mənzil bazarındakı müsbət statistika fonunda ötən gün dünya bazarlarında neftin qiyməti artmaqda davam edib.

London birjasında “Brent Crude Oil” markalı neft 2,19 dollar bahalaşıb. Bu markadan olan “qara qızıl”ın bir barelinin qiyməti 114,07 dollar təşkil edib.

Nyu-York birjasında isə “Light Sweet Crude Oil” markalı neftin bir barelinin qiyməti 1,63 dollar artaraq, 88,90 dollara çatıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar