Neftin qiyməti yenidən ucuzlaşdı
26 Yanvar 2011 Çərşənbə 11:05
“Qara qızıl” dəyərdən düşməkdə davam edir.
Dünya bazarlarında neftin qiyməti ucuzlaşmaqda davam edir. “Qara qızıl”ın düşməsinə səbəb Böyük Britaniya iqtisadiyyatının mənfi göstəriciləri və ABŞ-da xammal ehtiyatlarının artacağı ilə bağlı gözləntilərin olmasıdır.

Nyu-Yorkun NYMEX (New York Merchantile Exchange) əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI (Light Sweet Crude Oil) neftinin ixracına dair mart müqaviləsinin dəyəri 1.68 dollar ucuzlaşaraq 1 barelə görə 86,19 dollar təşkil edib.

ICE (InterContinental Exchange Futures) London qitələrarası birjasında Brent Crude Oil markalı neftin 1 barelinin dəyəri 1.36 dollar düşərək 95,25 dollar təşkil edib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar