Neftin qiyməti yenidən qalxıb
26 Avqust 2010 Cümə Axşamı 10:20
Dünya bazarlarında “qara qızıl”ın dəyəri artıb.
Neftin qiyməti dünən dünya bazarlarında birja indekslərinin artması fonunda yenidən qalxıb. Belə ki, avqustun 25-də beş günlük düşmədən sonra Nyu-Yorkun NYMEX (New York Merchantile Exchange) əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI (Light Sweet Crude Oil) markalı neftin ixracına dair oktyabr müqaviləsinin dəyəri 0,89 dollar artaraq 1 barrelə görə 72,52 dollar təşkil edib.
Avqustun 25-də ICE (InterContinental Exchange Futures) London qitələrarası birjasında oktyabr müqaviləsi ilə Brent markalı neftin 1 barrelinin dəyəri isə 1,10 dollar artaraq 73,48 dollar təşkil edib.
ANSPRESS
DOSTLARINLA PAYLAŞ: