Neftin qiyməti qalxır
14 Oktyabr 2010 Cümə Axşamı 10:15
Buna səbəb ABŞ valyutasının kursunun düşməsidir.
Dünya bazarlarında neftin qiyməti yenidən qalxıb. Belə ki, ABŞ valyutasının kursunun düşməsi və investorların ABŞ Federal Ehtiyat Xidmətinin pul siyasətinin zəifləməsinə ümid etmələri fonunda “qara qızıl” yenidən dəyərə minib. Bir çox ekspertlərin fikrincə, məhz bu amil də dünya iqtisadiyyatının bərpasına əlavə stimul yarada bilər.

Çərşənbə günü oktyabrın 13-də Nyu-Yorkun NYMEX (New York Merchantile Exchange) əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI (Light Sweet Crude Oil) neftinin ixracına dair noyabr müqaviləsinin dəyəri 1,34 dollar artaraq 1 barelə görə 83,01 dollar təşkil edib.

Dünən ICE (InterContinental Exchange Futures) London qitələrarası birjasında noyabrda ixrac etməklə Brent Crude Oil markalı neftin 1 barelinin dəyəri isə 1,14 dollar artaraq 84,64 dollara satılıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar