Dünya bazarında neftin qiyməti qalxıb. Nyu-York birjasında Texas nefti 58 dollar 43 sentə, Londonda Brent nefti 56 dollar 10 sentə təklif olunur. Azəri light markalı Azərbaycan nefti isə ötəngünkü hərraclarda 58 dollar 72 sentə satılıb. Bahalaşmaya neftə tələbatın artması barədə xəbərlər səbəb olub.
Maliyyə bazarlarında avro 1 dollar 35 sentə dəyişdirilir. Qızılın unsiyası 927 dollara və ya qramı 29 dollar 90 sentədir./ANS PRESS/