Neftin qiyməti psixoloji həddi aşıb
22 Fevral 2010 Bazar Ertəsi 18:40
"Qara qızıl"ın bir bareli 80 dollardan baha satılıb
Bu gün dünya xammal bazarında nikbinlik müşahidə olunub. Belə ki, Asiyanın satış birjalarında WTI markalı neftin bir bareli 36 sent bahalaşaraq 80 dollar həddini aşıb. Londonun İCE satış birjasında isə Brent markalı neftin bir bareli 78,6 dollar təşkil edib.
Qeyd edək ki, neftin qiyməti dünya bazarlarında artıq neçə müddətdir ki, ardıcıl bahalaşır. Fevralın ortalarında "qara qızıl"ın bir bareli təxminən 74 dollar təşkil edib. Neftə tələbatın bu şəkildə artmasına səbəb İranın nüvə proqramı fonunda yaranan gərginliyin olduğu bildirilir.
Neftin qiymətinə təsir edən digər amil isə dolların məzənnəsinin dəyişməsidir. Bir neçə həftəlik bahalaşmadan sonra ABŞ valyutası yenidən ucuzlaşıb. Bəzi məlumatlara görə, neftin bahalaşmasına Fransanın "Total" neft şirkətinin əməkdaşlarının tətilləri də təsir edib. Şirkət işçiləri artıq ardıcıl olaraq altıncı gündür ki, tətil edir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: