Dünya bazarında neftin qiyməti növbəti psixoloji həddə 60 dollara yaxınlaşır. Ötən gün əmtəə birjalarında Nyu-Yorkda Texas nefti 58 dollar 94 sentə, Londonda Brent markalı neft 57 dollar 86 sentə təklif olunub. Azəri light markalı Azərbaycan neftinin 1 barreli isə mayın 11-də keçirilmiş hərraclarda 57 dollar 24 sentə satılıb.