Neftin qiyməti nə qədər düşdü?
23 Noyabr 2010 Çərşənbə Axşamı 01:35
“Qara qızıl”ın ucuzlaşması investorların Avropada yanacağa tələbatın azalacağından ehtiyatlanması ilə əsaslandırılır
Ötən gün dünya bazarlarında neft ucuzlaşıb. Mütəxəssislər bunu investorların Avropada borc böhranı üzündən yanacağa tələbatın azalacağından ehtiyatlanması ilə izah edirlər. Analitiklər hesab edirlər ki, İrlandiya Beynəlxalq Valyuta Fondu və Avropa Birliyindən yardım istədiyindən, bu ölkənin kredit reytinqi azalacaq.

London birjasında “Brent Crude Oil” markalı neftin bir barelinin qiyməti 0,38 dollar azalıb və 83,96 dollara düşüb.

Nyu-York birjasında isə “Light Sweet Crude Oil” markalı neft 0,24 dollar ucuzlaşıb. Bu markadan olan “qara qızıl”ın bir barelinin qiyməti 81,74 dollar təşkil edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar