Neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib
13 Sentyabr 2011 Çərşənbə Axşamı 04:05
ABŞ bazarında bahalaşan “qara qızıl” Avropa bazarında ucuzlaşıb
Bir tərəfdən Yunanıstanın borc problemləri ilə balı narahatlıqlar, digər tərəfdən isə ucuzlaşan xammala alıcı marağı fonunda ötən gün dünya bazarlarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib. Bu barədə məlumatı “Bloomberg” agentliyi yayıb.

London birjasında “Brent Crude Oil” markalı neft 0,53 dollar ucuzlaşıb. Bu markadan olan “qara qızıl”ın bir barelinin qiyməti 112,25 dollar təşkil edib.

Nyu-York birjasında isə “Light Sweet Crude Oil” markalı neftin bir barelinin qiyməti 0,95 dollar artaraq, 88,19 dollara çatıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar