Neftin qiyməti kəskin qalxıb
21 Oktyabr 2010 Cümə Axşamı 10:25
Birja indekslərinin yüksəlməsi “qara qızıl”ın qiymətinə təsir edib.
Dünya bazarlarında oktyabrın 20-də neftin qiyməti kəskin qalxıb. ABŞ valyutası olan dolların kursunun zəifləməsi, bu ölkədə birja indekslərinin yüksəlməsi və Amerikada gözləniləndən artıq olaraq xammal ehtiyatlarının yenidən artması “qara qızıl”ın qiymətinə ciddi şəkildə təsir göstərib.

Belə ki, oktyabrın 20-də Nyu-Yorkun NYMEX (New York Merchantile Exchange) əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI (Light Sweet Crude Oil) neftinin ixracına dair noyabr müqaviləsinin dəyəri 2.28 dollar qalxaraq 1 barelə görə 81,77 dollar təşkil edib.

Dünən ICE (InterContinental Exchange Futures) London qitələrarası birjasında noyabrda ixrac etməklə Brent Crude Oil markalı neftin 1 barelinin dəyəri isə 2.50 dollar bahalaşaraq 83,60 dollar təşkil edib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar