Neftin qiyməti kəskin aşağı düşdü
17 Noyabr 2010 Çərşənbə 03:50
“Qara qızıl” bir gündə 2,03-2,52 dollar ucuzlaşıb
Ötən gün dünya bazarlarında neftin qiyməti iki dollardan çox ucuzlaşıb. Mütəxəssislər bunu Amerika valyutasının kursunun artması və investorların gələcəkdə karbohidrogenlərə tələbatın azalacağı ilə bağlı ehtiyatlanması ilə əlaqələndirirlər.

Nyu-York birjasında “Light Sweet Crude Oil” markalı neftin bir barelinin qiyməti 2,52 dollar azalaraq, 82,34 dollara düşüb.

London birjasında isə “Brent Crude Oil” markalı neft 2,03 dollar ucuzlaşıb. Bu markadan olan “qara qızıl”ın bir barelinin qiyməti 84,73 dollar təşkil edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar